TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti Elmi Şurası keçirilmişdir

27.11.2019 / Konfranslar, İclaslar, Çıxışlar2272

27 noyabr 2019-cu ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti Elmi Şurasının iclası keçirildi. İclasda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev institutun 2019-cu il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinin yekunu haqqında hesabatı təqdim etdi. Telman Əliyev 2019-cu il ərzində aşağıda görülmüş işlər barədə məlumat verdi:
2019-cu ildə İSİ-nin əsas nailiyyətləri;  elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr; patentlər; qrantlar; layihələr; 2019-cu ildə İSİ-nin nəşriyyat fəaliyyəti; monoqrafiyalar; dissertasiya işləri; müsabiqələrdə iştirak və mükafatlar; xarici jurnallarin redaksiya heyətinin üzvləri; təşkilat və qurumların üzvü seçilməsi haqqında; xaricdə keçirilən konfransların təşkilində iştirak haqqında; elmi-tədqiqat proqramlarının müsabiqələrdə iştirakı; qrantlara layiq görülən işlər, davam etdirilən layihələr, başa çatdırılmış layihələr və proqramlar; kadr hazırlığı; xarici qonaqlarla görüşlər; institutun  jurnalları haqqında.