9 dekabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və Gürcüstan Texniki Universitetinin (GTU) “Nəqliyyat və Maşınqayırma” kafedrasının professoru Cəmil Qasımov arasında görüş keçirildi.
C. Qasımov Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bilavasitə olaraq iştirak etmiş və Gürcüstan ərazisinin tikintisində koordinator vəzifəsində çalışmışdır. C. Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olmuşdur. Şərq-Qərb Nəqliyyat Dəhlizində (xüsusən Bakı-Tbilisi-Qars dəmiryolu boyu) hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla bilən layihələr barədə və Gürcüstan Texniki Universiteti ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlığın formalarına dair fikir mübadiləsi aparılmışdır.