TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev Aşqabadda keçiriləcək beynəlxalq konfransa dəvət almışdır

21.04.2020 / Konfranslar, İclaslar, Çıxışlar2628

Türkmənistan Elmlər Akademiyasının prezidenti S. Toylıyev AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevı  hər il Aşqabadda 12 iyun tarixində keçirilən Elm Gününə həsr olunmuş "Xoşbəxtlik və əzəmətlik dövründə elm, texnika və innovasiya texnologiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfransında iştirak və  konfransın Plenar iclasında çıxış etməyə dəvət edib.   Konfrans 12-13 iyun 2020-ci il tarixində keçiriləcəkdir və xarici qonaqlar konfransda  distant iştirak edecəklər.

Beynəlxalq konfransın əsas istiqamətləri iqtisadiyyatın müxtəlif sektorlarında,  o cümlədən neft-qaz sektorunda, energetika, kənd təsərrufatı, tikinti, seysmologiya, ətraf mühit, iqtisadiyyat elmləri və s. innovasiya, həmçinin  rəqəmsal texnologiyaların tətbiqini əhatə edir.