12 iyun 2020-ci il tarixində AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələlər müzakirə edilmişdir:
TƏLTİFLƏR:
• Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən akademik Fikrət Əliyevin “Əməkdar elm xadimi” adına layiq görülməsi haqqında
• Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən akademik Yusif Məmmədovun 2-ci dərəcəli ”Əmək” ordeninə layiq görülməsi haqqında
• Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Şöhrət”ordeninə layiq görülməsi haqqında
• Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli Sərəncamına əsasən akademik Adil Qəribovun “Şöhrət” ordeninə layiq görülməsi haqqında
• Azərbaycan Respublikası Prezidentinin 22 may Sərəncamına əsasən 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatının verilməsi haqqında
ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR:
1. AMEA-nın 10 iyun 2020-ci il tarixli Ümumi Yığıncağının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında müəyyənləşdirdiyi vəzifələr haqqında
2. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə məqsədli elmi proqramların təqdim edilməsi haqqında
3. “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər planı haqqında
4. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi elmi müəssisələrinin koronavirus pandemiyası və onunla əlaqədar problemlərə dair təklifləri haqqında
5. AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu haqqında
6. AMEA-nın Biofizika İnstitutunun “Hüceyrə Texnologiyalarının İnkişafı” proqramı haqqında
7. AMEA-nın Biofizika İnstitutunun “Əməkdaşların iş icrasının qiymətləndirilməsi” proqramı haqqında
8. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Tamilla Şabanovanın dissertanturadan xaric edilməsi haqqında
9. Müxtəlif məsələlər