Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda iki günlük konfrans 26 noyabr 2020-ci il tarixində öz işinə başlamışdır. Konfrans AzTU və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmişdir.
İştirakçıları salamlayan rektor Vilayət Vəliyev yubileylə bağlı təbriklərini çatdırıb. V.Vəliyev institutun yaranma tarixindən, Azərbaycan təhsilinin və elminin inkişafında AzTU-nun rolundan və Universitetin hədəflərindən danışan rektor deyib ki, əsas məqsəd yaxın gələcəkdə AzTU-nu regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevirməkdir.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycanın tarixi qələbəsi münasibətilə iştirakçıları təbrik etdikdən sonra AzTU-da son illər görülən işlərə diqqət çəkib. Bildirib ki, Universitetin qarşısına qoyduğu hədəflər onu dünya səviyyəli ali təhsil müəssisəsinə çevirəcək. Akademik qeyd etmişdir ki, Dördüncü sənaye inqilabının texnoloji perspektivləri də bu sahədə AzTU-nun inkişafı üçün mühüm istiqamətləri özündə əks etdirir.
UNEC-in rektoru Ədalət Muradov və Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç iştirakçıları salamlayaraq yubiley münasibətilə təbriklərini çatdırmış və konfransla bağlı öz fikirlərini söyləmişdirlər.
Daha sonra onlayn konfrans işini bölmə iclasları ilə davam etdirib.
AMEA İSİ-nin direktoru, akademik Telman Əliyev konfransın birinci günü “Dəmir yollarının texniki xüsusiyyətlərində dəyişikliklərin başlamasının noise-control intellektual sistemi” mövzusunda çıxış edərək təklif olunan intellektual sistem haqqında ətraflı məlumat vermişdir.
AMEA İSİ-nin əməkdaşları müxtəlif mövzularla çıxış edərək konfransda fəal iştirak etdilər.
1. Intelligent system for noise control of the beginning of changes in the technical condition of railroad tracks. T.A.Aliev, T.A.Babayev, T.A.Alizada, E.E.Alibayli, H.M.Ahmedov, E.R.Manafov
Institute of Control Systems of ANAS, Special Design Bureau “Kibernetika”, Azerbaijan Technical University
2. Алгоритм вычисления индикаторов для ранней диагностики технического состояния насосного агрегата Алиев, Г. Гулуев, А.Рзаев, Я. Алиев , М. Резван, Институт Систем Управления НАНА
3. Technologies for noise control of the beginning of the latent period of violation of seismic stability in “smart” high-rise buildings. T.A.Aliyev, N.F. Musaeva, B.İ.Gazizade
Institute of Control Systems of ANAS
4. Sənaye əşyaları interneti (İoT) şəbəkəsinin yaradılması, tətbiqi, şəbəkənin idarəedilməsi və məlumatların emalı üzrə proqram təminatının hazırlanması.
C.M.Sadıqov, N.İ.Rəhimli, M.Ş.Şıxmuradov, “Beta Dynamics” MMC, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti
5. Способ управления процессом динамической деэмульсации нефти.
А.Г.Рзаев, Р.Ш.Асадова, З.Г.Курбанов, В.М. Хаквердиев, С.Г.Гидаяатзаде, Институт Систем Управления НАНА, Национальная Академия Наук Азербайджана, Бакинская Высшая Школа Нефти
6. Способ определения коэффициента наполнения цилиндра штангового глубинного насоса.
А.Г.Рзаев, Р.Ш.Асадова, З.К.Курбанов, В.М.Хаквердиев, С.Г. Гидаятзаде, Институт Систем Управления НАНА, Национальная Академия Наук Азербайджана, Бакинская высшая школа нефти
7. Алгоритм вычисления индикаторов для ранней диагностики технического состояния насосного агрегата.
Т. Алиев, Г. Гулуев, А.Рзаев, Я. Алиев , М. Резван, Институт Систем Управления НАНА
8. Mövcud resurslara görə quyuların optimal təmir növbəsinin müəyyənləşdirilməsi.
G.İ.Fərəcova, E.N.Səbziyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
9. Müxtəlif spektrlərdə çəkilmiş şəkillərə görə rəngli görüntünün alınması.
Ə.B.Paşayev, E.Q.Qənbərov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Bakı Dövlət Universiteti
10. Neft avadanlıqlarının istismar xarakteristikalarının təyini və təsnifatı metodu.
F.H.Paşayev, C.M.Cəfərov, N.Ə.Maqsudova, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
11. рогнозирование состояния растительности на основе нечёткого анализа данных спутникового мониторинга.
Э.Р.Алиев, Р.Р.Рзаев, Ф.М.Салманов, Институт Систем Управления НАНА
12. Применение технологии DATA MINING для управления дебитами нефтяных скважин.
А.Б.Гасанов, Ш.А.Гасанова, С.И.Юсифов, Институт Систем Управления НАНА, Азербайджанский Государственный Университет Нефти и Промышленности
13. Süni intellektli avtonom silah sistemlərinin inkişaf perspektivləri
R.Bərxudarov , E.Həşimov , Ə.Talıbov, FDI Group, Silahlı Qüvvələrin Hərbi Akademiyası, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu.
14. Dynamically detecting security threats based on artificial intelligence.
G.Abdiyeva–Aliyeva , M.Hematyar, Institute of Control Systems of Azerbaijan National Academy of Sciences, Azerbaijan Technical University
15. Kəşfiyyat məlumatlarının emalı prosesində informasiya emalı.
V.Məmmədov, A.Bayramov, Silahlı Qüvvələrin Hərbi Akademiyası, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
16. Estimation of the reliability of military field communication site for protection of transferred information.
R.Imanov, A.Bayramov, Armed Forces War College of the Azerbaijan Republic, Institute of Control Systems of ANAS