TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Ağsaqqallar Şurasının Döş nişanı ilə təltif edilib

18.04.2024 / Mühüm hadisələr315

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Ülviyyə Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, AMEA Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə AMEA-nın müşaviri, akademik Telman Əliyev akademik İsa Həbibbəyli tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. T.Əliyev, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev tərəfindən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı ilə təltif olunub. 

 

Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində mühüm xidmətləri olan T.Əliyevin rəhbərliyi ilə son illərdə Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil “robast noise” monitorinq və idarəetmə sistemi tətbiq edilmişdir.

 

Akademik 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir. O, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş, 2009-cu ildə isə “Əməkdar elm xadimi” adına, 2015-ci ildə N.Tusi adına mükafata layiq görülmüşdür və 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.

 

Görkəmli alim, akademik Telman Əliyevi təbrik edir, ona elmi və ictimai fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq!