TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İdarəetmə Sistemləri İnstitutunun alimlərinin həmmüəllifi olduqları kitab “IntechOpen” elmi nəşriyyatı tərəfindən çap olunub

29.04.2024 / Konfranslar, İclaslar, Çıxışlar471

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun alimlərinin tədqiqatları nəticəsində  yazılmış bir fəslin  yer aldığı “Advances in Oil and Gas Well Engineering” kitabı İngiltərənin məşhur “IntechOpen” elmi nəşriyyatı tərəfindən London şəhərində çap olunub.

 

Technologies and system for signaling the beginning of accidents on drilling rigs based on the wattmeter charts of their electric motors (Elektrik mühərriklərinin vattmetrləri əsasında qazma qurğularında qəzaların başlanmasının siqnalizasiya texnologiyaları və sistemi) adlı fəslin həmmüəllifləri AMEA-nın müşaviri, akademik Telman Əliyev, t.e.d., dosent Asif Rzayev, t.e.d., dosent Fəhrad Paşayev və t.e.d. Qəmbər Quliyevdir.

 

Fəsildə qeyd olunur ki, hazırda neft-qaz yataqları okean və dənizlərin xeyli dərinliyi olan sahələrində yerləşdiyi üçün neft-qaz hasilatı ilə bağlı qazma prosesində çox mürəkkəb texnologiyalar tətbiq edilir. Lakin qazma zamanı qəzalar maddi ziyanla yanaşı ekoloji problemlərə də yol aça bilir. Problemin həlli istiqamətində hazırlanan nəzarət və idarəetmə sistemləri süni intellekt və başqa texnologiyaların tətbiqi ilə təkmilləşdirilir, yeni metodlar təklif olunur. 

 

Kitabın sözügedən fəslində müəlliflər tərəfindən, həmçinin “Qəzanın başlanmasının gizli dövrünü aşkar etməklə buruq ustasına xəbərdarlıq sistemi”nin layihəsi təklif edilmişdir. Sözügedən sistemin tətbiq imkanları real və son dərəcədə faydalıdır.

 

Qeyd edək ki, Yongcun Fengin redaktorluğu ilə nəşr olunan kitab Web of Science (WoS) bazasında indeksləşib.

 

“Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. Təşkilatın məqsədi tədqiqatçılara elmi işlərini dünyanın müxtəlif ölkələrində yaymağa kömək etməkdən ibarətdir.