TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 545
Xaricdə çıxmış elmi əsərlərin sayı: 225
Patentlərin sayı: 93
Kadr hazırlığı: 36 f.d. və 11 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Akademik Telman Əliyevin yeni kitabı çapdan çıxmışdır

30.08.2012 / Yeni nəşrlər124

30 avqust 2012-ci ildə Lambert Akademik Nəşriyyatında AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin "Noise Technologies for Minimization of Damage Caused by Earthquakes" adlı kitabı çap olunmuşdur.

Kitabda istismarı dayandırılmış neft quyularının ağzında yerləşdirilmiş akustik vericilərin (hidrofonların) köməyi ilə yerin dərin qatlarından alınan seysmoakustik informasiyanın alınması texnologiyası və sistemi təklif olunur. Tikinti obyektlərinin seysmodayanıqlığının vəziyyəti haqqında informasiya, binanın həssas nöqtələrində quraşdırılmış vericilərdən lokal sistemə ötürülür. Sistemin serverində həm seysmoskustik, həm də bütün lokal sistemlərdən alınan informasiyanın Robast Noise Analizi əsasında anomal seysmik proseslərin başlanması anının və nisbətən həssas tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin monitorinqi həyata keçirilir. Kitab professor Telman Əliyevin ümumi rəhbərliyi və redaksiyası altında kollektiv əməklə yerinə yetirilmişdir. Hər bir bölmənin başlanğıcında onun müəllifləri qeyd edilmişdir.