TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

06.08.2021 / Konfranslar, İclaslar, Çıxışlar1702

AMEA-nın müşaviri akademik Telman Əliyev,  "Stokastik proseslərin müəyyən edilməsi" laboratoriyasının müdiri, t.e.d., professor Nailə Musaeva və t.ü.f.d. Nərmin Rzayevanın həmmüəllifi olduqları “Küyqarışıq təsadüfi siqnalların ekvivalent normallaşdırılmış korrelyasiya matrislərinin formalaşdırılması alqoritmləri adlı məqalə «Cybernetics and Systems Analysis» nüfuzlu elmi jurnalda dərc olunub.
https://doi.org/10.1007/s10559-021-00391-5

Məqalədə göstərilir ki, idarə olunan obyektlərdəki siqnallar, adətən temperatur, təzyiq, vibrasiya və s. kimi fiziki kəmiyyətləri özündə əks etdirir. Buna görə də nəzarət, diaqnostika və identifikasiya məsələlərinin həlli üçün normallaşdırılmış korrelyasiya matrislərinin formalaşdırılması zərurəti yaranır. Məqalədə texniki obyektlərin küyqarışıq giriş-çıxış siqnallarının normallaşdırılmış korrelyasiya matrislərinin formalaşmasındakı çətinliklər analiz olunmuşdur. Küyün və faydalı siqnalın ekvivalent qiymətlərini təyin etmək üçün alqoritmlər təklif olunmuş və küyqarışıq təsadüfi proseslərin faydalı siqnallarının korrelyasiya matrislərinə ekvivalent olan normallaşdırılmış korrelyasiya matrislərinin formalaşdırılması üçün onların istifadə olunma ehtimalı göstərilmişdir. Belə ki, bu zaman normallaşdırılmış korrelyasiya matrislərinin formalaşdırılması proseduru xeyli asanlaşır və elementlərinin xətaları da əhəmiyyətli dərəcədə azalır.