Sentyabrın 12-14-də "Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfransı (PCI`2012) keçirildi.
PCI`2012 konfransını giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov müasir dövrdə elmi-texniki tərəqqinin hər bir ölkənin innovativ inkişafında, cəmiyyətin həyatında mühüm rol oynadığını vurğulayaraq, modernləşmə prosesinin vüsət almasının, ilk növbədə, informasiya texnologiyalarının dinamik inkişafını və tətbiqini tələb etdiyini bildirdi.
Tədbirin plenar iclasında AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev "Dağıdıcı zəlzələlərdən dəymiş zərərin minimallaşdırılması üçün texnologiya və sistemlər” mövzusunda məruzə ilə çıxış etdi.
Seksiya iclaslarının 2-ci, 3-cü və 8-ci seksiyaları AMEA Kibernetika İnstitutununda keçirildi.
Konfrans öz işini müvəffəqiyyətlə başa vurdu.