6 sentyabr 2016-cı ıl tarixindı İSİ –də "NANOTEXNOLOGIYALARIN TƏTBİQİ İLƏ NEFTÇIXARMANIN RENTABELLİYİNİ ARTIRMAĞA İMKAN VERƏN İNTELLEKTUAL ONLİNE İDARƏETMƏ SİSTEMİNİN YARADILMASI” adlı dövlət proqramının layihəsinin müzakirəsi keçirilmişdir.
Müzakirələrdə AMEA-nın vitse prezidenti və Neft və Qaz institunun direktory akademik İbrahim Quliyev, Neft və Qaz institutun aparıcı mütəxəssisləri, İSİ-nin direktoru akademik Telman Əliyev başda olmaqla institutun layihə hazırlığında iştirak edən alimləri – o cümlədən direktorun emi işlər üzrə muavini t.e.d. O. Nüsrətov, t.e.d. G.Quluyev, texnika üzrə fəlsəfə doktoru. F. Paşayev, t.e.d. A.Həsənov və digər elmi işçiləri iştirak etmişlər.
Layihəni təqdim edən lab. müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Asif Rzayev Proqramin məqsədi, nanotexnologiyalarin tətbiqi üsulları, İşlənmənin son mərhələsində olan yataqlarda nanotexnologiyaların tətbiqi ilə neft hasilati proseslərinin operativ idarə olunmasının prinsipləri, bu prinsiplərin "online” rejimdə idarə edilməsini təmin edən intellektual sistemin yaradilmasinın zəruriliyi və Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr haqda ətraflı məlumat vermişdir.
Layihə ətrafında geniş müzakirələr keçirilmişdir.
Müzakirələrin sonunda Akademik İ.Quliyev layihənin aktuallığını və vacibliyini qeyd etmiş və dövlət proqramının pilot layihəsinin hazırlanması üçün AMEA-nın və digər elmi strukturların cəlb olunmasının vacibliyini qeyd etmişdir.
Qonaqlar İSİ-nun sərgi salonunda institunun son illər əıdə edilmiş elmi nəticələr və yeni layihələrlə tanış oldular.