TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının işi müsabiqə laureatı olub

06.09.2017 / Mühüm hadisələr3993

Arktika İctimai Elmlər Akademiyasının və AMEA İdarəetmə Sistemləri İnstitutunun "Arktika regionlar üçün seysmomüdafiənin dayanıqlı sistemlərinin Uyğunlaşması" müəllif kollektivinin elmi işi, Rusiya Federasiyasının və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən "2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi"nin nəticəsinə görə laureat olmuşdur. Lahiyənin hazırlanmasında İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları iştirak edirdilər: İSİ-nin direktoru, akademik Telman Əliyev, 1.6 saylı İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının rəhbəri, t.e.d. Elçin Əliyev, 1.5 saylı Texniki obyektlərin monitorinqi və nəzarət sistemləri laboratoriyasının rəhbəri t.e.d. Qəmbər Quluev, həmin laboratoriyanın aparıcı elmi işçisi Fərhad Paşayev, mühəndis-elektronçu Əsgər Almasov.

2017-ci ilin müsabiqəsinə 68 təşkilatdan 102 iş təqdim edilmişdi. Bütün işlər Rusiya Federasiyasının Arktika zonasının inkişafına yönəldilmişdir və Rusiya Federasiyasının Prezidentinin 18 sentyabr 2008-ci il 169nömrəli fərmanıyla təsdiq edilmiş "Arktikada Rusiya Federasiyasının 2020-ci ilə qədər və gələcək dövründə dövlət siyasətinin əsasları"na uyğundur.

Müsabiqənin laureatlarının mükafatlandırılması 12 sentyabr 2017-ci il 16.00-dan 17.30-a qədər Rusiya Arktikasının və və MDB ölkələri - RAO / CIS Offshore 2017 qitə şelfinin Neft və Qazının İnkişafı üzrə Beynəlxalq Konfrans və Sərgisinin rəsmi açılışında keçiriləcək.

İştirakçıların qeydiyyatı 12 sentyabr 2017-ci il 14.00 - 15.30 arası Mixaylov manejində (Sankt-Peterburq şəhəri, Manej pl-ı., d2, Mixaylov Maneji) keçiriləcək.