TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Rusiyanın Sankt-Peterburq səhərində Beynəlxalq Arktika Sammiti keçirilib

16.02.2018 / Konfranslar, İclaslar, Çıxışlar3376

15-16 fevral 2018-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Arktika və Şelf layihələri: perspektivlər, innovasiyalar və regionların inkişafı” adlı Beynəlxalq Arktika Sammiti keçirilib. Beynəlxalq Sammitin işində Rusiyanın Dövlət Dumasının və nazirliklərin nümayəndələri , Arktika regionlarının qubernatorları və aparıcı mütəxəssisləri iştirak ediblər. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik T. Əliyev Sammitin təşkilat komitəsinin üzvü seçilib. Beynəlxalq Sammitdə İSİ-nin nümayəndəsi Ə. Almasov akademik T. Əliyevin rəhbərliyi altında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun və Arktika Elmlər Akademiyasının birgə hazırladığı “Ekstremal şəraitdə fəaliyyət göstərən neft-qaz obyektlərində, qəzaların başlanğıc və inkişaf dinamikasının robast noise texnologiyaları və monitorinq sistemləri” mövzusunda çıxış etdi. Təklif olunmuş layihə Sammitin nəticələri üzrə Arktika regionunda tətbiq üçün tövsiyə edilən layihələr siyahisinə daxil edildi.