TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

AMEA-nın illik Ümumi yığıncağı keçirilib

08.06.2018 / Konfranslar, İclaslar, Çıxışlar3021

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Idarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
Ümumi yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadəaçaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Akif Əlizadə AMEA-nın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib.
Sonra AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair verilən suallar AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tərəfindən cavablandırılıb.
Daha sonra Təhsil naziri Ceyhun Bayramov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış ediblər.
Tədbirdə Ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib.
Qərarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş elmi-nəzəri, praktiki və innovativ istiqamətlərdə vəzifələrin reallaşdırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq elmi əlaqələr, eləcə də yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AMEA-da magistrant və doktorant hazırlığının dünya elminə inteqrasiya olunan, ölkədə bilik iqtisadiyyatını inkişaf etdirən perspektiv elmi istiqamətlər üzrə aparılması və digər məsələlərlə bağlı müddəalar yer alır.
Fasilədən sonra tədbir işini davam etdirib. Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib.