Sentyabrın 13-dən 15-dək Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC) of Automatic Control) dəstəyi ilə Bakıda ilk dəfə Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı (TECIS-2018) keçirildi.
Konfransın təşkilində IFAC-ın Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış eddi. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.
Bakı konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirib.
Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının əməkdaşları, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xarici İşlər və Təhsil nazirliklərinin nümayəndələri, eləcə də Avstriyanın QHT-ləri və ali təhsil ocaqlarının rəsmiləri iştirak etdilər.
Sentyabrın 13-çü konfransın açılış günü İdarəetmə Sistemləri İnstitutun direktoru, akademik Telman Əliyev plenar iclasda “Avtomatlaşdırılmış idarəetmə sistemlərində qəzaların başlanğıcının noise nəzarəti ” mövzuda məruzə ilə çıxış etdi. Məruzə çox böyük marağa səbəb oldu.Həmçinin akademik T. Əliyev konfransda fəal iştrakə görə fəxri fərman ilə təltif edilmişdir.