23 oktyabr 2018-ci il tarixində İSİ-nin rəhbərliyi FAO-nun Azərbaycandakı nümayəndələri ilə proqramın rəhbəri Natəvan Aslanova və layihə koordinatoru Əfsanə Lətifova ilə görüş keçirildi. Görüş zamanı institutun direktoru Telman Əliyev FAO-nun nümayəndələrinə İSİ ilə FAO arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təklif etdi. FAO-nun nümayəndələrinə İSİ-nin aşağıdakı layihələri təqdim olundu.
1. “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi”
2. “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması”
Eyni zamanda bu ilin dekabr ayında FAO-nun nümayəndəsi cənab Rikkardo Biankalaninin İSİ-yə səfəri ilə əlaqədar müzakirələr keçirildi.