06 dekabr 2018-ci il tarixində İSİ-nin rəhbərliyi FAO-nun torpaq və su hövzələri üzrə ekspert cənab Rikkardo Biankalani, Azərbaycandakı nümayəndəsi, layihə koordinatoru Əfsanə Lətifova və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. İSİ-nin direktoru, akademik Telman Əliyev və İnstitutun əməkdaşları ilə görüşən qonaqlar institutda son görülən işlərlə tanış oldular. Həmçinin qonaqlara, instututda həyata keçirilən iki layihə barədə ətraflı məlumat verildi:
1. “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi”
2. “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması”
Sonra İSİ, FAO və Kənd Təsərrüfatı Nazirliyi arasında gələcək əməkdaşlıq barədə müzakirələr keçirildi.