26 dekabr 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib.
Hesabatda İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirib ki, cari ildə institutda 17 mövzu üzrə 9 elmi tədqiqat işi başa çatdırılıb. Hesabat ilində 1 elmlər və 7 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.
T.Əliyev qeyd edib ki, 2018-сi ildə institut əməkdaşları tərəfindən 375 elmi əsərin 156-sı xaricdə, 68-i impakt faktorlu jurnallarda çap olunub, onlara 194 istinad edilib. Alimin sözlərinə görə, institut “Web of Science” bazasında dərc olunan elmi əsərlərə görə AMEA üzrə 3-cü yerə layiq görülüb.