Sibir Federal Universitetinin Riyaziyyat və Fundamental İnformatika İnstitutu və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında bağlanmış Anlaşma Memorandumu çərçivəsində akademik Telman Əliyev A.A.Soldatenkonun “Kombinatorial optimallaşdırma alqoritmlərinin işlənib hazırlanması qrafik və hiperqrafik şəbəkələrin təhlili” mövzusunda olan dissertasiya işinin avtoreferatına rəy vermişdir.
Sözügedən dissertasiya işinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, tədqiq olunmuş bir sıra şəhərlərin yol xəritələri arasında Krasnoyarsk, Tomsk və Novosibirsk şəhərləri ilə yanaşı Bakı şəhərinin də yol xəritəsi var.
Qeyd etmək lazımdır ki, Aleksandr Soldatenko 2021-ci ilin oktyabr ayında İdarəetmə Sistemləri İnstitutu tərəfindən təşkil edilmiş “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfransda “Bakının yol xəritəsi” mövzusunda məruzə ilə çıxış etmişdir.