TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Akademik Telman Əliyev beynəlxalq elmi konfransda çıxış edib

29.06.2022 / Konfranslar, İclaslar, Çıxışlar1425

29 iyun - 01 iyul 2022-ci il tarixlərində Polşanın Katovise şəhərində Silesian Texnologiya Universitetinin təşkilatçılığı ilə “Nəqliyyat Problemləri 2022” XIV Beynəlxalq Elmi Konfransı (XIV International Scientific Conference "Transport Problems 2022") keçirilir.

Konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri AMEA-nın müşaviri, akademik Telman Əliyev və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev iştirak edirlər.

Akademik Telman Əliyev konfransın plenar iclasında “Intellectualization of vibration control of malfunctions in rail transport” (Dəmir yolu nəqliyyatında nasazlıqların vibrasiya nəzarətinin intellektuallaşdırılması) mövzusunda məruzə ilə çıxış edib. Konfransın “Logistika və iqtisadi problemlər” sessiyasında isə Tofiq Babayev “EU Framework programmes: research & innovation in the transport area” (AB Çərçivə Proqramları: nəqliyyat sahəsində tədqiqat və innovasiya) mövzusunda məruzə edib.

Hər il hibrid formatda keçirilən konfransda müxtəlif ölkələrdən olan alimlər, müəllim və tələbələr, nəqliyyat sahəsində çalışan mütəxəssislər iştirak edirlər. Qeyd edək ki, 19 ölkədən 243 iştirakçının qeydiyyatdan keçdiyi konfransın bütün sessiyaları və müzakirələri Youtube platformasında yayımlanır.