TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

İdarəetmə Sistemləri İnstitutunda YAP ərazi təşkilatının hesabat iclası keçirilmişdir

08.12.2021 / Konfranslar, İclaslar, Çıxışlar525

7 dekabr 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının iclası keçirilib. Hibrid formatda keçirilən tədbirdə  institutun rəhbərliyi, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, baş məsləhətçi Elnarə Mustafayeva və institutun YAP üzvləri iştirak ediblər.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq tədbir iştirakçılarını salamlamlayaraq partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən bəhs etdi və martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında cənab İlham Əliyevin çıxışından və qurultayın qərarlarından irəli gələn məsələlərdən danışdı.

Ə.Abbasov tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində ölkədə baş verən neqativ hadisələrdən bəhs edib, ölkənin düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan əziyyət çəkdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın taleyini düşünən ziyalılar məhz həmin dövrdə ölkəni bu ağır vəziyyətdən çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. YAP-ın təsis konfransının 1992-ci il noyabrın 21-də keçirildiyini  diqqətə çatdıran Ə.Abbasov konfransda partiyanın yaradılması haqqında qərarla yanaşı, proqram və nizamnaməsi qəbul edildiyini bildirib, Ümummilli lider Heydər Əliyevin yekdilliklə partiyanın Sədri seçilməsinin xalqımızın sonrakı həyatında dönüş nöqtəsi olduğunu vurğulamışdır.

Ə.Abbasov Ulu öndərin ölkənin ictimai-siyasi, iqtisadi, mədəni inkişafında yürütdüyü məqsədyönlü siyasət nəticəsində əldə olunan uğurların qısa tarixini bir daha YAP üzvlərinə çatdırdı.  

Ə.Abbasov bildirib ki, Respublika Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətinə, o cümlədən YAP-a rəhbərlik etdiyi dövrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin qüdrətinin və  beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, hərbi, siyasi-diplomatik uğurlara nail olması II Qarabağ müharibəsində qələbəmizin əsas və həlledici sütunları oldu. İkinci Qarabağ savaşının aparıldığı qırx dörd gün ərzində dünyanın müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrdə Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqları uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də böyük uğura imza atmışdır. Ə.Abbasov, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini Mehriban Əliyevanın Azərbaycanın müxtəlif sahələrdə inkişafına töhfələr verdiyini qeyd etmiş, onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələrlə ölkənin beynəlxalq arenada uğurla təmsil olunduğunu bildirmişdir.

Sonda Ə.Abbasov institutda aparılan elmi-texniki tədqiqatlar, əldə olunan nailiyyətlərdə gənc kadrların və YAP ərazi təşkilatının rolunu xüsusi qiymətləndirdi.

 Daha sonra hesabat üçün söz İdarəetmə Sistemləri İnstitutunun YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyevaya verilib.

Z.Cəbiyeva bildirmişdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə və qüdrətlənməsinə yönəltmişdir. O, XX əsrin 90-cı illərində baş verilən siyasi hadisələrdən, xalqın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından, inkişaf istiqamətlərindən ətraflı şəkildə bəhs etmişdir.

Z.Cəbiyeva vurğuladı ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən biridir. O, bu baxımdan İSİ kollektivinin öz vətəndaşlıq borcunu yerinə yetirərək Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyanın sıralarında yüksək fəallıq, inam və əzmlə çalışdığını qeyd etdi. İSİ alimlərinin elmi tədqiqatlarının dünyanın aparıcı ölkələrinin ən nüfuzlu elmi jurnallarında dərc olunduğunu qeyd edən Z.Cəbiyeva hesabat illəri ərzində yerinə yetirilən işlərdən bəhs etdi.

Sonra YAP-ın VII qurultayında qarşıya qoyulmuş vəziflələrdən söz açan İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov sözügedən istiqamətdə həyata keçirilən əməli tədbirləri nəzərə çatdırıb. İcraçı direktor keçirilən tədbiri yüksək qiymətləndirərək YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin bu tədbirdə iştirakının institutda çalışan insanlara və partiya üzvlərinə böyük hörmət əlaməti olduğunu vurğulamışdır.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs edən Ə.Sadıqov qeyd edib ki, 1993-cü ilin oktyabr ayının 3-də Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Belə ki, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənmiş, ictimai həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirmişdir. Ə.Sadıqov hazırda ölkə başçısı İlham Əliyevin sədrliyi ilə partiya tərəfindən müxtəlif sahələri əhatə edən əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayıb.

Müasir dövrdə texnologiyanın inkişafının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinin önəminə toxunan Ə.Sadıqov bu istiqamətlərdə İSİ alinlərinin qarşısında duran vəzifələrdən, idaəetmənin elmi və nəzəri əsaslarının işlənib hazırlanması, müvafiq dövlət orqanları ilə əməkdaşlıqdan bəhs edib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək YAP-ın tarixindən, xüsusən də XX əsrin 90-cı illərində baş verən proseslərdən, ağır ictimai-siyasi şəraitdən bəhs etdi. Məhz həmin dövrdə Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaradılmasından, aldığı taleyüklü qərarlardan və ölkənin həyatında baş verən mühüm hadislərdən danışdı.

T.Əliyev müasir dövrdə Azərbaycan elminin inkişafında AMEA-da, o cümlədən İSİ-də görülən mühüm işlərdən, idarəetmə sistemləri sahəsində əldə olunan uğurlardan, nailiyyətlərdən ətraflı şəkildə söz açdı.

Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək İdarəetmə Sistemləri İnstitutu tərəfindən təqdim edilən son 5 illik hesabatı müsbət qiyətləndirmişdir.

B.Nəbiyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna, əhalinin rifah halının yaxşılaşmasına və s. xidmət edən şərəfli ömür yolundan, göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Bildirdi ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, dünya məkanında öz layiqli yerini tutmuşdur.

Ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Azərbaycanın əzəli torpaqlarının düşmən işğalından azad etdiyini xatırladan B.Nəbiyev bu qələbənin təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasətlə qoyulduğunu vurğulamışdır.

B.Nəbiyev ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin milli mənafeyinə və iqtisadi inkişafının genişləndirilməsinə, o cümlədən qeyri-neft sektorunun və bütün fəaliyyət sahələrinin inkişafına, mütərəqqi sosial infrastrukturun yaradılmasına xidmət edən siyasətin yürüdüldüyünü vurğulayıb.

Daha sonra gündəlikdən irəli gələrək İSİ YAP ərazi təşkilatının sədr və sədr müavini vəzifələrinə seçkilər keçirilmişdir. Açıq səsvermə yolu ilə keçirilən seçkilər nəticəsində Zülalə Cəbiyeva İSİ YAP Yasamal rayonu ərazi təşkilatının sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva isə sədrin müavini seçilmişdir.

Sonda akademik Əli Abbasov səsləndirilən fikirlərə bir daha nəzər salaraq Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında oynadığı rolu yüksək qiymətləndirmiş, YAP Yasamal rayon təşkilatına və institut əməkdaşlarına tədbirdə iştiraka görə təşəkkürünü bildirmişdir.