XƏBƏRLƏR

"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı Azərbaycanda idarəetmə sistemləri sahəsində aparılan tədqiqatlara həsr olunmuşdur - VİDEO

22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanmışdir. Verilişin qonağı AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev olmuşdur . Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.

"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı Azərbaycanda idarəetmə sistemləri sahəsində aparılan tədqiqatlara həsr olunub

22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevdir.
Bakıda Rusiya informasiya-mədəniyyət mərkəzinin layihələrinin yekunları ilə bağlı tədbir keçirilmişdir

Bakıda Rusiya informasiya-mədəniyyət mərkəzinin layihələrinin yekunları ilə bağlı tədbir keçirilmişdir

23 dekabr 2016-cı ildə Bakıda Rusiya informasiya-mədəni mərkəzində "Alimlər – uşaqlara", "Yer və göy" və "2016-cı ilin Kitabları və yazıçı- yubilyarları" layihələrinin yekunlaşdırması ilə bağlı təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycandakı Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov layihənin reallaşdırmasında aktiv iştirak etmiş Azərbaycan alimlərinə : Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə üzrə prorektoru Gülşən Əliyevaya, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin dekan müavini Cavanşir Muradova, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramovaya, Bakı Dövlət Universitetinin nəzdində yerləşən "Rus dünyası" Fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədovaya Təşəkkür məktubları verdi.
İdarəetmə Sistemləri İnstitutunun fəaliyyəti barədə illik hesabatı dinlənildi

İdarəetmə Sistemləri İnstitutunun fəaliyyəti barədə illik hesabatı dinlənildi

23 dekabr 2016-cı il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2016-cı ili əhatə edən hesabat iclası keçirilmişdir. Bölmənin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermiş, iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirmişdir.

İclasda AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də illik hesabat ilə bağlı çıxış etmiş və bildirmişdir ki, 2016-cı ildə institutda böyük tətbiqi əhəmiyyəti olan 17 mövzu üzrə, 9 elmi tədqiqat işi aparılmış və bir sıra mühüm elmi nəticələr alınmışdır.
XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı işə başlayıb

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı işə başlayıb

Dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib.